Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlandı - Qvardiola ilk "3-lüy"ü tərk etdi

Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlandı - Qvardiola ilk "3-lüy"ü tərk etdi

Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb.

Fanat.Az xəbər verir ki, sıralamanı "FourFourTwo" dərc edib.

Yenilənən reytinqə görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hazırda dünyanın ən yaxşı 3 məşqçisi sırasında deyil. Qvardiola PSJ-nin baş məşqçisi Luis Enrike, “Liverpul”un baş məşqçisi Arne Slot və bir müddət əvvəl “İnter”dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna gedən Simone İnzaqidən geri qalaraq dördüncü yerdə qərarlaşıb.

"FourFourTwo"-ya görə dünyanın 10 ən yaxşı məşqçisi:

Luis Enrike (İspaniya, PSJ) Arne Slot (Niderland, "Liverpul") Simone İnzaqi (İtaliya, "Əl-Hilal") Xosep Qvardiola (İspaniya, "Mançester Siti") Hans-Diter Flik (Almaniya, "Barselona") Xabi Alonso (İspaniya, "Real Madrid") Mikel Arteta (İspaniya, "Arsenal") Antonio Konte (İtaliya, "Napoli") Unai Emeri (İspaniya, "Aston Villa") Karlo Ançelotti (İtaliya, Braziliya millisi)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər