Donnarummalı “Siti” dayanmır

Donnarummalı “Siti” dayanmır

“Mançester Siti”nin yayda heyətinə qatdığı qapıçı Cianluici Donnarumma komandaya möhtəşəm təsir göstərib.

Fanat.Az xəbər verir ki, italiyalı qolkiperin gəlişindən sonra “şəhərlilər” 4 oyundur məğlub olmur – bu görüşlərdə 3 qələbə və 1 heç-heçə əldə edilib.

Donnarummanın rəhbərliyi altında müdafiə xətti də sabitləşib. Komanda son 4 matçda cəmi 2 qol buraxıb, bu da “Siti”nin son illərdəki ən yaxşı müdafiə göstəricilərindən biridir.

Mütəxəssislər bildirirlər ki, Donnarummanın liderliyi və soyuqqanlı oyunu “Siti”yə arxayınlıq və balans qazandırıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər