Deşam Poqbanın Fransa millisinə dönmək ehtimalından danışdı

Deşam Poqbanın Fransa millisinə dönmək ehtimalından danışdı

Azərbaycan millisinin DÇ-2026-dakı rəqiblərindən olan Fransa millisinin baş məşqçisi Didye Deşam "Monako"nun yarımmüdafiəçisi Pol Poqbanın yığmaya qayıtmaq ehtimalı ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, "Goal" təcrübəli çalışdırıcının fikirlərini belə çatdırıb:

"Poqba meydana qayıtmağa və yenidən əvvəlki futbolçu olmağa yaxınlaşır. Onun milliyə qayıtmaq istədiyinə şübhə etmirəm, amma hələ çox iş görülməlidir. O, bir neçə mərhələdən keçməlidir. Birincisi, Pol özünü "Monako"nun heyətində təsdiqləməlidir. Bu, onun üçün böyük bir addım olacaq. Sonrasını görəcəyik. Hələlik ona yalnız bu ilk mərhələdə uğurlar arzulaya bilərəm". 

Xatırladaq ki, Pol Poqba yayda “Monako” ilə müqavilə imzalasa da, yarımmüdafiəçi yeni komandasında hələ bir oyun belə keçirməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər