“Arsenal”ın kapitanı Martin Ödeqor Norveç millisinin məşqində iştirak etməyib. Fanat.Az xəbər verir ki, informasiyanı "The Standard" yayıb. Mənbənin məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Norveçin Portuqaliya ilə oyununda topuq nahiyəsindən zədə alıb. Ödeqor matçın sonlarında Bernardu Silvanın müdaxiləsindən sonra ağrı hiss edib və qarşılaşmanı axsayaraq başa vurub. Futbolçu daha sonra Norveç millisinin məşqini buraxıb. Buna baxmayaraq, onun zədəsinin ciddi olmadığı bildirilir. Yığmanın məşqçi heyətindən Brede Hangeland Ödeqorun ağrılarının əvvəlki günlə müqayisədə azaldığını açıqlayıb. Hazırda Ödeqorun Norveçin Uelsə qarşı keçirəcəyi növbəti oyunda iştirakı sual altındadır. “Arsenal” isə futbolçunun vəziyyəti ilə bağlı Norveç millisindən mütəmadi məlumat alır. Əlisahib İbrahimli
Ödeqor millinin məşqində iştirak etmədi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı