Depay Türkiyə yolunda

Depay Türkiyə yolunda

Türkiyə nəhənglərindən “Fənərbağça” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir. 

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən hücumçu Memfis Depayı heyətinə qatmaq istəyir.

“Esporte Record” nəşrinin məlumatına görə, “Korintians” rəhbərliyi 10 milyon avroluq təklif gəldiyi təqdirdə holland futbolçunun satışına razılıq verməyə hazırdır.

Depayın adı daha əvvəl də Avropa klubları ilə hallansa da, “Fənərbağça”nın bu transferdə ciddi addım atmağa hazırlaşdığı bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər