De Rossi A Seriyası klubunu çalışdırmağa yaxındır - Danışıqlar başladı

De Rossi A Seriyası klubunu çalışdırmağa yaxındır - Danışıqlar başladı

Daniele De Rossi tezliklə məşqçiliyə qayıtmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb. 

Mənbənin məlumatına görə, "Torino" 42 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməyə hazırlaşır. Turin klubunun hazırkı baş məşqçisi Marko Baroni şənbə günü A Seriyasının 6-cı turunda "Latsio"ya məğlub olarsa, istefaya göndəriləcək. Artıq "Torino" ilə De Rossi arasında ilkin danışıqların baş tutduğu bildirilir.

Məşhur keçmiş yarımmüdafiəçi ötən ilin yanvarından sentyabr ayına kimi çalışdığı "Roma"dan ayrıldıqdan sonra məşqçilikdən uzaqlaşıb. 

“Torino” dörd xalla İtaliya çempionatının turnir cədvəlində 15-ci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər