Bremenin əvəzinə Şkrinyar, Şkrinyarın əvəzinə Kristensen?

Bremenin əvəzinə Şkrinyar, Şkrinyarın əvəzinə Kristensen?

“Fənərbağça” qış transfer dönəmi üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu “Barselona”nın danimarkalı müdafiəçisi Andreas Kristenseni transfer etmək istəyir.

Xəbərdə qeyd olunur ki, "sarı-göylər"in rəhbərliyi təcrübəli stoperin transferini prioritet hədəf kimi görür və onunla danışıqlara başlamağa hazırlaşır.

Digər tərəfdən, İtaliya mətbuatının məlumatına görə, “Yuventus” uzunmüddətli zədədən əziyyət çəkən Bremerin yerinə Milan Şkrinyarı transfer etmək niyyətindədir.

Əgər bu iki transfer reallaşsa, “Fənərbağça” Kristensenlə müdafiəsini möhkəmləndirəcək, “Yuventus” isə Şkrinyarla Bremerin yerini dolduracaq.

Kamil Xudiyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər