"Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand Kərim Benzemanın komandaya transfer edilməsini təklif edib. Fanat.Az xəbər verir ki, məlumatı "TeamTalk" yayıb. Bildirilir ki, Ferdinand hesab edir ki, İngiltərə təmsilçisinin hücum xəttində Benjamin Şeşkonun zədələnməsindən sonra təcrübəli mərkəz hücumçusuna ehtiyac var. O, bu mövqedə Kərim Benzema və Denni Uelbekin uyğun variantlar ola biləcəyini söyləyib. "Şeşko olmadan hücumda əsas hədəf futbolçu yoxdur. Əgər komandada dəqiqələrini bölüşə, təcrübəsini paylaşa və Şeşkoya kömək edə biləcək bir hücumçu olsaydı, bu, böyük fayda verərdi”, - Ferdinand deyib. 38 yaşlı Benzema hazırda azad agentdir. Fransalı forvard "Əl-Hilal"dan ayrıldıqdan sonra klubsuz qalıb. Qeyd edək ki, Benzema 2022-ci ildə "Qızıl top" mükafatını qazanıb və karyerasının böyük hissəsini "Real Madrid"də keçirib. Əlisahib İbrahimli
Benzema "Mançester Yunayted"ə təklif edildi
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Azərbaycan futbolu
14:08
19.11.2026
Montiel sıraya döndü - "Qarabağ"ın qarşıdakı matça neçə itki ilə çıxacağı açıqlandı
Oxşar xəbərlər
Azərbaycan futbolu
16:43
23.11.2026
"Sabah"ın "Barselona"ya qalib gəlməsi möcüzə olar" - Samir Əliyev
Azərbaycan futbolu
16:23
23.11.2026
"Barselona"nı Bakıda neçə fanatın dəstəkləyəcəyi bəlli oldu
Azərbaycan futbolu
16:04
23.11.2026
2-ci Liqa: "Şəmkir" sonda sevindi, "Marafon"dan darmadağın
Azərbaycan futbolu
15:46
23.11.2026
"Barselona"nın Azərbaycana nə vaxt gələcəyi və harada məskunlaşacağı bilindi