Azərbaycanlı referiyə UEFA-dan dəvət gəldi

Azərbaycanlı referiyə UEFA-dan dəvət gəldi

Azərbaycanın yeni FİFA referisi Tural Qurbanov UEFA-nın hakimlər üçün kursuna qatılacaq. 

Bu barədə Fanat.Az-a açıqlamasında UEFA hakimlərinin fiziki hazırlıq üzrə baş məşqçisi, professor Verner Helsen bildirib:

"Yaxında, konkret, yanvarın sonunda UEFA tərəfindən Kiprdə kurs təşkil olunacaq. Tural Qurbanov da orada iştirak edəcək. Biz də Kiprə gedib onu diqqətdə saxlayacağıq".

Qeyd edək ki, 25 yaşlı Qurbanov 2026-cı ildən FİFA referisi statusuna yiyələnib.  

Əli Sahib, Antalya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər