Azərbaycanlı qapıçının Albaniyadakı performansı - VİDEO

Azərbaycanlı qapıçının Albaniyadakı performansı - VİDEO

Azərbaycanlı qapıçı Elməddin Məmmədov Albaniyanın 1-ci Liqasındakı performansı ilə diqqət çəkir.

Fanat.Az xəbər verir ki, "Lüftetari"də çıxış edən həmyerlimiz komandasının son oyununda - "Poqradeçi" ilə matçda (3:2) qapısında 2 top görsə də, bir neçə epizodda komandasını qoldan xilas edib. 

Beləliklə, o, səfərdə iddialı rəqib üzərində qələbədə pay sahiblərindən olub. 

 

Xatırladaq ki, ötən mövsüm "Mingəçevir"də uğurlu çıxışla yadda qalan Məmmədov avqustda "Lüftetari" ilə müqavilə bağlayıb. 29 yaşlı qolkiper daha öncə müxtəlif ölkələrdə legioner həyatı yaşamış azsaylı azərbaycanlılardan biridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər