Azərbaycanla matçı başa vura bilməyən Mbappenin durumuna aydınlıq gəldi

Azərbaycanla matçı başa vura bilməyən Mbappenin durumuna aydınlıq gəldi

Fransa millisinin və “Real Madrid”in ulduz futbolçusu Kilian Mbappenin zədəsi ilə bağlı məsələyə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, hücumçu Azərbaycanla keçirilən oyunda ağrılar hiss etdiyi üçün əvəzlənmişdi.

Lakin vəziyyət ciddi deyil.

Klubun yaydığı məlumata görə, Mbappe artıq komanda ilə birgə məşqlərə başlayıb və “Xetafe” ilə qarşılaşmada iştirak edəcək. Fransalı futbolçu fərdi proqramı uğurla tamamlayaraq tam fiziki hazırlıq səviyyəsinə qayıdıb.

Qeyd edək ki, Mbappe bu mövsüm "Real Madrid"in heyətində 13 oyuna çıxaraq 15 qol və 2 asist göstəricisi ilə fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər