Azərbaycan UEFA reytinqində neçəncidir?

Azərbaycan UEFA reytinqində neçəncidir?

Həftəiçi UEFA Avropa Liqasında Liqa mərhələsinin ilk turunun görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Azərbaycan 21.500 əmsalla əvvəlki kimi, 25-ci pillədə qərarlaşıb. 26-cı sıradakı Slovakiyanın 21.375, bir addım öndəki Serbiyanın isə 22.375 əmsalı var.

Ölkəmizi Çempionlar Liqasında təmsil edən Azərbaycan çempionu "Qarabağ" növbəti oyununu 1 oktyabrda Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcək. 

Qeyd edək ki, UEFA reytinqinə 96.227 əmsalla İngiltərə liderlik edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər