Azərbaycan millisi "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi oldu

Azərbaycan millisi "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi oldu

Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən "FIFA Tri Nations Women"s Football Series 2025" turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.

Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.

Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər