Azərbaycan millisi finalda uduzdu

Azərbaycan millisi finalda uduzdu

Azərbaycanın U-16 millisi III MDB Oyunlarında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Rusiya millisi ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın gedişində millimiz 2 top fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. İkinci hissənin ortalarında qısa müddətdə 3 top buraxan U-16 matçdan məğlub ayrılıb. Yığmamızın heyətində Əli Bəşirov dubl edib.

Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.

III MDB Oyunları Final 4 oktyabr

Azərbaycan (U-16) – Rusiya (U-16) 2:3 Qol: Əli Bəşirov, 46; 67 - Klim Denisov, 73. İvan Kuzmin, 74. Ratmir Lukianov, 76. Hakimlər: Kamranbəy Rəhimov, Elvin Mədətov, Ağadur Mahmudov, Nəriman Ağayev. Hakim-inspektor: Vüsal Əliyev. Qəbələ şəhər stadionu.

Azərbaycan: Uğur Qurbanlı, Əhəd Hacızadə, Nihad Hüseynzadə, Ruslan Əbi̇lov, Roman Fərzəli, Vaqif Nəbiyev, Əli Bəşirov, Rəsul Balakişiyev, Bilal Hacıyev, Ruslan Quliyev, Mehdi Hüseyn. Ehtiyat oyunçular: Yusif Orucəliyev, Qafar Babayev, Arda Əzizli, Daniil Rəcəbov, Firdovsi Şeydayev, Cəfər Cəfərzadə, Xəzər Hüseynzadə, Kamal Camalzadə, Hamza Tahi̇rov, Tunar Bayramov, Raul Paşayev.

Rusiya: Akeksandr Koledov, İxsan İminov, Yaroslav Melexin, Maksim Sevostianov, Yeqor Şilkin, Arkhip Kapşuçenko, Timofey Lattu, Kiril Trofimov, Klim Denisov, Maksim Masternoy, Bulat Komarov.

Ehtiyat oyunçular: Dmitii Kalinin, İvan Kuzmin, Dmitri Savelev, Ernest Çikov, Makar Qavrilenko, Ratmir Lukianov, Yeqor Kukuşkin, Maksim Semenov, Arseniy Rikhelqof, Artyom Yurçenko, Zaxar Puşki̇n, Timur Nikitin.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər