Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə üç qarşılaşma baş tutacaq.
Premyer Liqanın debütantı "Qəbələ" I Iiqanın lideri "Şəfa"nı qəbul edəcək. "Kəpəz" Mərdəkanda "Araz-Naxçıvan"ın qonağı olacaq. "Difai" isə "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, "Turan Tovuz", "Zirə", "Sabah", "Şamaxı" və "Qarabağ" artıq 1/4 finala vəsiqəni rəsmiləşdiriblər.
Bizon Azərbaycan Kuboku 1/8 final 4 dekabr
15:00. "Qəbələ" – "Şəfa" Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Nəriman Axundov. Qəbələ. Şəhər stadionu.
19:00. "Araz-Naxçıvan" – "Kəpəz" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov. VAR: Elçin Məsiyev, Kamranbəy Rəhimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Mərdəkan. "Liv Bona Dea Arena".
19:00. "Difai" – "Sumqayıt" Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Asif Əliyev. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.