Azərbaycan Kuboku: "Xankəndi"nin Quba, "Şəmkir"in Göygöl səfəri

Azərbaycan Kuboku: "Xankəndi"nin Quba, "Şəmkir"in Göygöl səfəri

Bu gün Azərbaycan Kubokunda I Təsnifat mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, dünən start götürən kubok mövsümünün ikinci günündə 2 matç baş tutacaq.

"Şəmkir" II Liqanın digər təmsilçisi "Göygöl"ün qonağı olacaq. Cütün qalibi II Təsnifat mərhələsində "Baku Sportinq"lə üzləşəcək. 

"Xankəndi" isə heyət yetərsizliyi yaşayan "Quba" ilə səfərdə üz-üzə gələcək. İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi mərhələni adlayacağı halda növbəti rəqibi I Liqa komandası "Difai" olacaq.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdən sonra "Şəki Siti", "Qaradağ Lökbatan", "Ağstafa Gəncləri" və "Dinamo" komandaları II Təsnifat mərhələsinə alayıblar. 

Azərbaycan Kuboku I Təsnifat mərhələsi 10 oktyabr 

14:00. “Göygöl” – “Şəmkir” Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Quba” – “Xankəndi” Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Quba. Olimpiya İdman Kompleksinin stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər