Futbol üzrə Azərbaycan Kubokunda 2025/26 mövsümü start götürür.
Fanat.Az xəbər verir ki, bu gün I təsnifat mərhələsi çərçivəsində 4 görüş baş tutacaq.
İlk mərhələdə II Liqa təmsilçiləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Qarşılaşmaların hamısı saat 14:00-da başlayacaq.
Mərhələnin bütün görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, I Təsnifat mərhələsi çərçivəsində qalan 2 oyun sabah keçiriləcək.
Azərbaycan Kuboku I Təsnifat mərhələsi 9 oktyabr
14:00. “Şəki Siti” – “Araz Saatlı” Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Bakı. “Rekord Arena”.
14:00. “Qaradağ Lökbatan” – “Ağdaş” Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Bəhram Qurbanov Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Dinamo” – “Kür-Araz” Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva Binə. Qəsəbə stadionu.
14:00. “Ağstafa Gəncləri” – “Şirvan” Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov Hakim-inspektor: Rövşən Əhmnədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Ağstafa. Şəhər stadionu.