Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşləri start götürür.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə "Sumqayıt" öz meydanında "Zirə"ni sınağa çəkəcək. Çempionatda da avrokubok mübarizəsini davam etdirən komandaların dueli saat 17:00-da başlayacaq.
Günün ikinci oyunu Masazırda reallaşacaq. Premyer Liqanın lideri "Sabah" qış fasiləsindən sonra inamlı çıxışı ilə diqqət çəkən "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Saat 19:30-da başlayacaq qarşılaşmanın start fitini Fərid Hacıyev səsləndirəcək.
Qeud edək ki, mərhələnin “Şamaxı” - "Qarabağ" və “Turan Tovuz” – “Kəpəz” görüşləri sabah keçiriləcək.
Azərbaycan Kuboku 1/4 final, ilk oyun 4 fevral
17.00. “Sumqayıt” – “Zirə” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli VAR: Kamal Umudlu, Eyyub İbrahimov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Kifayət Mustafayeva Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
19.30. “Sabah” – “Qəbələ” Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev VAR: Nicat İsmayıllı, Zeynal Zeynalov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Elgiz Abbasov Masazır. “Bank Respublika Arena”.