Avropa Liqasında Dante kimisi olmamışdı

Avropa Liqasında Dante kimisi olmamışdı

“Nitsa”nı kapitanı və müdafiə xəttinin dayağı olan Dante Avropa futbol tarixində mühüm bir uğura imza atıb.

Fanat.Az xəbər verir ki, braziliyalı oyunçu komandasının Avropa Liqasınının Liqa mərhələsi çərçivəsində “Roma” ilə matçının start heyətində meydana çıxaraq bu turnirdə forma geyinən ən yaşlı futbolçu oldu. Təcrübəli müdafiəçi oyuna çıxdığı vaxt 41 yaş 341 günlük idi.

2003-cü ildə Braziliyada peşəkar futbola başlayan Dante Avropadakı ilk ciddi addımlarını Almaniyada atdı. Onun ən parlaq dönəmlərindən biri “Bayern Münhen”də olub. Burada Dante həm Bundesliqanın, həm də Çempionlar Liqasının qalibi adını qazanıb. Daha sonra o, Almaniya, Fransa və digər ölkələrin müxtəlif klublarında çıxış edib.

Qeyd edək ki, qarşılaşma "Roma"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər