Asim Xudiyevə UEFA-dan yeni təyinat gəldi

Asim Xudiyevə UEFA-dan yeni təyinat gəldi

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. 

Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru olacaq. 

H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər