Argentinanın "Boka Xuniors" komandası baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, 69 yaşlı çalışdırıcı Migel Anxel Russo vəfat edib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Argentina nəhənginin sükanı arxasına yayda keçən Russo bu həftə səhhətində yararnan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Miger Anxel Russo 2007-ci ildə və 2020/2021 mövsümündə də bu komandada işləyib.