Andrade yubileyini "sülh"lə qeyd etdi

Andrade yubileyini "sülh"lə qeyd etdi

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi "Sabah"la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Qeyd edək ki, Patrik Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, "Qarabağ"da 92 görüşdə 8 qola sevinib, "Araz-Naxçıvan"da isə 8 matçda iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər