AL: "Fənərbağça" Bundesliqa təmsilçisinə qarşı

AL: "Fənərbağça" Bundesliqa təmsilçisinə qarşı

UEFA Avropa Liqasında Liqa mərhələsinin 3-cü turu start götürür.

Fanat.Az xəbər verir ki, turun bütün görüşləri bu gün keçiriləcək.

Bir günə sığacaq turda 9 matç 20:45-də, qalanları 23:00-da başlayacaq.

Türkiyə təmsilçisi "Fənərbağça" növbəti oyununu "Ştutqart"a qarşı keçirəcək. İstanbul nəhəngi almanlarla evdə üz-üzə gələcək. 

Qeyd edək ki, 4-cü turun oyunları 6 noyabrda keçiriləcək.

UEFA Avropa Liqası Liqa mərhələsi, 3-cü tur  23 oktyabr

20:45. "Brann" (Norveç) - "Reyncers" (Şotlandiya) 20:45. FCSB (Rumıniya) – "Bolonya" (İtaliya) 20:45. "Go Ahed İqles" (Niderland) - "Aston Villa" (İngiltərə) 20:45. “Fənərbağça” (Türkiyə) – “Ştutqart” (Almaniya) 20:45. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya) 20:45. "Olimpik Lion" (Fransa) – "Bazel" (İsveçrə) 20:45. "Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan) 20:45. "Zalsburq" (Avstriya) – "Ferentsvaroş" (Macarıstan) 20:45. "Genk" (Belçika) – "Betis" (İspaniya) 23:00. "Selta" (İspaniya) – "Nitsa" (Fransa) 23:00. "Frayburq" (Almaniya) – "Utrext" (Niderland) 23:00. “Yanq Boyz” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan) 23:00. "Lill" (Fransa) - PAOK (Yunanıstan) 23:00. "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya) 23:00. "Makkabi Tel-Əviv" (İsrail) - "Midtyüllann" (Danimarka) 23:00. "Malmö" (İsveç) – "Dinamo Zaqreb" (Xorvatiya) 23:00. "Roma" (İtaliya) – "Viktoriya Plzen" (Çexiya) 23:00. "Nottingem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya)  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər