Türkiyəli futbol şərhçisi Ahmet Çakar "Qalatasaray" rəhbərliyinin ona qarşı 75 milyon avroluq məhkəmə iddiası qaldıracağı barədə yayılan xəbərlərə çox sərt reaksiya verib.
Fanat.Az xəbər verir ki, Çakar açıqlamasında belə danışıb:
“75 milyon avro yox, 175 milyon avroluq iddia qaldırın. Məni məhkəməyə verməsəniz, namərdsiniz!”
Xatırladaq ki, Çakar bir müddət əvvəl “Osimhenin gizlədilən bir problemi var” sözləri ilə gündəmə gəlmişdi.
Bu ifadələrdən sonra "Qalatasaray" rəhbərliyinin hüquqi addım atmağa hazırlaşdığı iddia olunub.
Kamil Xudiyev