A Seriyası: "Latsio" doğma meydanda 3 xalı bayram etdi

A Seriyası: "Latsio" doğma meydanda 3 xalı bayram etdi

 

İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Verona” – “Kalyari” və “Fiorentina” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Cenoa”nı, “Latsio” da “Yuventus”u xalsız yola salıb. “Roma” isə səfərdə “Sassuolo”ya qalib gəlib.

Hazırda “Napoli” və “Roma”nın 18, “Milan”ın 17, “İnter”in 15, “Bolonya”nın 14, “Komo”nun 13, “Atalanta”, “Yuventus” və “Udineze”nin 12 xalı var.

İtaliya A Seriyası 8-ci tur 24 oktyabr

Milan – Piza 2:2 Qollar: Leao, 7. Atekame, 90+3 – Kuadrado, 60-pen. Nzola, 85.

25 oktyabr

Parma – Komo 0:0

Udineze – Leççe 3:2 Qollar: Karlstrom, 16. Devis, 37. Buksa, 89 – Berişa, 59. Ndri, 90+6.

Napoli – İnter 3:1 Qollar: De Bruyne, 33-pen. Maktominey, 54. Anqissa, 67 – H.Çalhanoğlu, 59-pen.

Kremoneze – Atalanta 1:1 Qollar: Vardi, 78 – Breşianini, 84.

26 oktyabr

Torino – Cenoa 2:1 Qollar: Sabelli, 63-öz qapısına. Maripan, 90 – Torsbi, 7.

Sassuolo – Roma 0:1 Qol: Dibala, 16.

Verona – Kalyari 2:2 Qollar: Qalyardini, 23. Orban, 59 – İdrissi, 77. Feliçi, 90+2.

Fiorentina – Bolonya 2:2 Qollar: Qudmundsson, 74-pen. M.Kin, 90+4-pen – Kastro, 25. Kambyaqi, 52.

Latsio – Yuventus 1:0 Qol: Başiç, 9.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər