A Seriyası: "Kremoneze" 3 xalı 3 qolla qazandı

A Seriyası: "Kremoneze" 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasında 13-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Bolonya” evdə “Kremoneze” ilə qarşılaşıb. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

Hazırda 28 xala malik “Milan” və “Napoli” zirvədə qərarlaşıblar. “İnter” və “Roma” 27, “Komo” və “Bolonya” 24, “Yuventus” 23 xal toplayıb.

İtaliya A Seriyası 13-cü tur 28 noyabr

Komo – Sassuolo 2:0 Qollar: Duvikas, 14. Moreno, 53.

29 noyabr

Cenoa – Verona 2:1 Qollar: Kolombo, 40. Torsbi, 62 – Belqali, 21.

Parma – Udineze 0:2 Qollar: Zaniolo, 11. Devis, 65-pen.

Yuventus – Kalyari 2:1 Qollar: K.Yıldız, 27; 45+1 – Espozito, 26.

Milan – Latsio 1:0 Qol: Leao, 51.

30 noyabr

Leççe – Torino 2:1 Qollar: Kulibali, 20. Banda, 22 – Adams, 57.

Piza – İnter 0:2 Qollar: L.Martines, 69; 83.

Atalanta – Fiorentina 2:0 Qollar: Kossunu, 31. Lukman, 51.

Roma – Napoli 0:1 Qol: David Neres, 36.

1 dekabr

Bolonya – Kremoneze 1:3 Qollar: Orsolini, 45+3-pen – Payero, 31. Vardi, 34; 50.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər