AÇ: Azərbaycan millisi qapını bərk çırpa biləcək?

AÇ: Azərbaycan millisi qapını bərk çırpa biləcək?

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti - sonuncu oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komandamız üçüncü oyununda meydan sahibi Moldova ilə qarşılaşacaq.

Sözügedən ölkənin paytaxtı Kişinyov şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk iki görüşdə Uelsə 0:7, Kosovaya isə 0:6 hesabı ilə uduzub. Başqa sözlə, yığmamız nəinki qələbə və ya xal qazana bilib, qol hesabını belə aça bilməyib. 

Avropa çempionatı B Liqası, I qrup 30 oktyabr

15:00. Azərbaycan (U-17) - Moldova (U-17)  Hakimlər: Uqne Şmitayte, Deymante Bikute (hər ikisi Latviya), Tiyana Krstiç (Serbiya), Brit Braqadottir (İslandiya).  Kişinyov. "Zimbru" stadionu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər