2026-cı ilin startı 15-ci hakimin debütü ilə yadda qaldı - STATİSTİKA

2026-cı ilin startı 15-ci hakimin debütü ilə yadda qaldı - STATİSTİKA

Misli Premyer Liqasında 17 tur geridə qalıb. Keçirilən 101 oyunda ("Qəbələ" - "Turan Tovuz" görüşü təxirə salınıb) baş hakim kimi iş başında olan ədalət təmsilçilərinin sayı 15-ə çatıb. Vüqar Həsənli cari mövsümdə ilk dəfə təyinat alıb. O, "Qarabağ" – "Kəpəz" qarşılaşmasını idarə edib.

Fanat.Az-ın hesablamasına görə, son turda Vüqar Həsənlidən başqa, Kamal Umudlu, Fərid Hacıyev, Rauf Cabarov, İnqilab Məmmədov və Rəşad Əhmədov oyun idarə edib. Ötən həftə avrokubok oyununa yollanan Əliyar Ağayevə istirahət verilməsi təyinat sayında ikihakimiyyətliyə şərait yaradıb. Belə ki, "Neftçi" - "Zirə" debrisində iş başında olan Fərid Hacıyev bu mövsüm baş hakim kimi 10-cu oyununa çıxıb. Hesabında 9 oyun olan Cavi Cəlilov ilə Rauf Cabarov isə liderlərin ən yaxın izləyiciləridir. 

Qış fasiləsindən sonrakı ilk turda hakimlər cəmi 19 vərəqədən istifadə ediblər. Bu turda futbolçulardan qırmızı vərəqə alan olmayıb. 

Hakimlər 19 vərəqədən 11-ni meydan sahiblərinə, cəmi 8-ni isə qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 17 turun yekununda sarı vərəqə sayı 414-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 11 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 425-ə bərabər olub. Bu da orta hesabla hər turda 25, hər oyunda 4,21 vərəqə deməkdir. 

On yeddi tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 59 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Onu 1-i qırmızı olmaqla, 37 vərəqədən yararlanan Tural Qurbanov ilə Kamal Umudlu təqib edir. 

Əliyar Ağayev - 10 oyun

meydan sahibi    24 sarı   3 qırmızı qonaqlar              31        1 cəmi:                   55         4

Fərid Hacıyev - 10 oyun

meydan sahibi   21   1  qonaqlar            10    0 cəmi:                  31   1

Rauf Cabarov -  9 oyun

meydan sahibi    16    0 qonaqlar    18   1 cəmi    34    1

Cavid Cəlilov - 9 oyun

meydan sahibi    12    0 qonaqlar             18     0 cəmi:                   30    0

Kamal Umudlu - 8 oyun

meydan sahibi    18    3 qonaqlar    16    0 cəmi:    34   3

Tural Qurbanov - 8 oyun

meydan sahibi 19    1 qonaqlar    17    0 cəmi:    36    1

Rəşad Əhmədov - 8 oyun

meydan sahibi    14    0 qonaqlar    22    0 cəmi:   36    0

Rəvan Həmzəzadə - 8 oyun

meydan sahibi    16    0 qonaqlar    16    1 cəmi:    32    1

Elçin Məsiyev - 8 oyun

meydan sahibi    15    0 qonaqlar             16    0 cəmi:                  31   0

İnqilab Məmmədov -  7 oyun

meydan sahibi  14   0 qonaqlar    20    0 cəmi:    34    0

Kamranbəy Rəhimov - 6 oyun

meydan sahibi  8    0 qonaqlar    13    0 cəmi:   21    0

Əli Əliyev - 4 oyun

meydan sahibi  8    0 qonaqlar    8    0 cəmi:   16    0

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0 qonaqlar    4    0 cəmi:    13    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0 qonaqlar    6    0 cəmi:    10    0

Vüqar Həsənli - 1 oyun

meydan sahibi  0    0 qonaqlar    1    0 cəmi:    1    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər