"Zirə" rumınlara qalib gəldi

"Zirə" rumınlara qalib gəldi

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün birinci yoxlama görüşünü keçirib.

  

Fanat.Az-ın məlumatına görə, Samir Abasovun komandası Rumıniya təmsilçisi "Voluntari" ilə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0.

  

"Zirə" əslində yanvarın 15-də ilk oyununu keçirməli idi. Lakin güclü yağış "Taraz"la (Qazaxıstan) qarşılaşmanın ləğvinə səbəb olmuşdu.

  

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində həmçinin Ukrayna "Vorskla"sı (23 yanvar) və Makedoniya "Şkupi"si (26 yanvar) yoxlama oyunu keçirəcək.

 

18 yanvar

17:00. "Zirə" - "Voluntari" (Rumıniya) - 1:0 Qol:Pərdis Fərcad-Azad, 89-pen

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər