18 yaşlı ulduza astronomik təklif: 400 milyon avro

18 yaşlı ulduza astronomik təklif: 400 milyon avro

Səudiyyə Ərəbistanının nəhəng klubu "Əl Hilal" futbol dünyasını sarsıdan təkliflə gündəmə gəlib.

Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, klub Lamin Yamalı transfer etmək üçün inanılmaz bir məbləğ - 400 milyon avro təklif edib.

Mənbənin məlumatına görə, təklifin 200 milyon avrosu "Barselona"ya transfer haqqı, digər 200 milyonu isə futbolçunun 5 illik şəxsi müqavilə paketi üçün nəzərdə tutulub.

Ancaq Kataloniya klubu bu təklifə dərhal “yox” cavabı verib. "Barcelona" rəhbərliyi Yamalı “klubun gələcəyi” kimi görür və heç bir məbləğ qarşılığında satmağı planlaşdırmır.

18 yaşında olmasına baxmayaraq, Lamin Yamal bu mövsüm La Liqada və Çempionlar Liqasında parlaq çıxış edərək artıq komandanın əsas fiqurlarından birinə çevrilib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər