Azərbaycan 1-ci Liqasında 4-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha bir matç baş tutacaq.
Günün yeganə qarşılaşmasında çempionluğa namizəd iki komanda - "Səbail" ilə "Karvan-Yevlax" üz-üzə gələcək. Binədə baş tutacaq qarşılaşmada üstün olacaq tərəf liderin ən yaxın izləyicisi statusuna yiyələnəcək
Hazırda turnir cədvəlinə maksimum nəticə ilə "Şahdağ Qusar" başçılıq edir. "Səbail" Qusar təmsilçisindən 5 xal geri qalaraq 3-cü, "Karvan-Yevlax" isə 6 xalla 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, turun ilk oyununda "Şahdağ Qusar" "Zaqatala"nı 6:0 hesabı ilə məğlub edib.
Tur çərçivəsində oktyabrın 9-da MOİK – “Mingəçevir” və “Şimal” – “Xankəndi”, 10-da isə “Gəncəbasar” – “Baku Sportinq” matçı keçiriləcək.
1-ci Liqa
4-cü tur
8 oktyabr
15:30. “Səbail” – “Karvan-Yevlax”
Hakimlər: Emin Əliyev, Mirnihat Seyidov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.