Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, bu gün keçirilən oyunlardan sonra 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Növbəti mərhələdə iştirak edəcək 16 komandadan ibarət cütlər belə formalaşıb:
"Şamaxı" - "Baku Sportinq" "Qarabağ" - "Karvan-Yevlax" "İmişli" - "Sabah" "Qəbələ" - "Şəfa" "Şahdağ Qusar" - "Turan Tovuz" "Araz-Naxçıvan" - "Kəpəz" "Difai" - "Sumqayıt" "Zirə" - "Neftçi"
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 2-3 dekabrda keçiriləcək.
Mirağa