"Zirə"yə görə bu kluba keçməkdən imtina edib

"Zirə"yə görə bu kluba keçməkdən imtina edib
"Zirə"nin yeni transferi Fakundo Melivilonun karyerasını Çilidə davam etdirmək ehtimalı olub.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin "chile.as" məlumat yayıb.
 
Xəbərə görə, 29 yaşlı argentinalı hücumçu paytaxt təmsilçisindən əvvəl "Kokimbo Unido" ilə anlaşıb. Lakin Melivilo tibbi müayinədən keçəcəyi vaxtdan 72 saat əvvəl "Zirə" ilə razılaşdığını bildirib. Nəticədə "Kokimbo Unido"ya keçid baş tutmayıb. Əvəzində forvard Çili klubunda tibbi müayinədən keçməyib.
Qeyd edək ki, "Zirə" Fakundo Melivilo ilə mövsümün sonunadək müqavilə imzalayıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər