"Zirə"nin şəhid futbolçusu daha bir medala layiq görüldü

"Zirə"nin şəhid futbolçusu daha bir medala layiq görüldü

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi" haqqında sərəncam imzalayıb.

Fanat.Az xəbər verir ki, "Zirə"nin üzvü Şəhid İlqar Burcəliyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

İlqar Bürcəliyev bundan əvvəl “Vətən uğrunda” medalı ilə də təltif edilmişdi.

Qeyd edək ki, "Zirə"nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev "Zirə"nin əsas komandasında çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər