"Zirə"nin qış hazırlıq planı məlum oldu

"Zirə"nin qış hazırlıq planı məlum oldu

Azərbaycan Premyer Liqa klublarından "Zirə"nin qış hazırlıq planı müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qartalllar" təlim-məşq toplanışı məqsədilə Türkiyəyə üz tutacaq.

Rəşad Sadıqovun komandası yanvarın 5-də qardaş ölkəyə yollanacaq və Antalyanın Lara bölgəsində məckunlaşacaq. Yanvarın 25-nə qədər davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərin adları dəqiqləşməyib.

Qeyd edək ki, "Zirə" qış fasiləsinə bir tur qalmış hazırda 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər