“Zirə”nin qış hazırlıq planı açıqlandı - 3 yoxlama oyunu keçirəcək

“Zirə”nin qış hazırlıq planı açıqlandı - 3 yoxlama oyunu keçirəcək

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

Fanat.Az xəbər verir ki, yanvarın 2-də Antalyada bir araya gələcək "Zirə" burada “İC Green Palace” otelində məskunlaşacaq.

“Qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər