"Zirə"nin oyunçusu futbol məktəbi açdı - VİDEO

"Zirə"nin oyunçusu futbol məktəbi açdı - VİDEO

Azərbaycanda yeni futbol məktəbi yaradılıb.

Fanat.Az xəbər verir ki, DFM adlanan klub artıq iki həftədən çoxdur fəaliyyət göstərir. 

Ad təsadüfi deyil. Belə ki, DFM abreviaturasının açması "Diniyev Futbol Məktəbi"dir. Əldə etdiyimiz məlumata görə, təsisçisi "Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyevdir. Bugünlərdə məktəbdə baş tutan tədbirdə Azərbaycanın futbol veteranları, Məşqçilər Komitəsinin üzvləri, o cümlədən Coşqunun atası, millinin sabiq çalışdırıcısı Şahin Diniyev də iştirak edib, futbolun sirlərini yeni öyrənən uşaqlara həvəsləndirici hədiyyələr təqdim ediblər.  

Qeyd edək ki, futbol məktəbi 5-13 yaş arası uşaqlar üçün nəzərdə tutulub.   

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər