"Zirə"nin legioneri ölkəsinin millisinə çağırıldı

"Zirə"nin legioneri ölkəsinin millisinə çağırıldı

“Zirə”nin yarımmüdafiəçisi Brayan Alseus Haiti millisinə dəvət alıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Haiti Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu KONKAKAF Milli Liqasında Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək oyunlar üçün yığmaya cəlb olunub.

Qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də baş tutacaq.

Alseus bu ilin əvvəlindən “Zirə”də çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər