"Zirə"nin hücumçusu uzun müddətə sıradan çıxdı

"Zirə"nin hücumçusu uzun müddətə sıradan çıxdı

“Zirə” ciddi itkiylə üzləşib. 

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Filip Paxtman sıradan çıxıb.   Bunu komandanın baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"a qarşı keçirdikləri Premyer Liqa matçından (1:0) sonrakı mətbuat konfransında deyib:   "Filip Paxtman yenidən zədələndi və 6-7 ay komandadan kənarda qalacaq. Onunla yolları ayırmağı düşünmürük. Hesab edirəm ki, Paxtman Azərbaycana gəlmiş ən yaxşı 3 hücumçudan biridir. Bilmirəm, şanssızlıqdır, ya qismət. Onunla birlikdəyik, ona inanırıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər