"Zirə"nin futbolçuları koronavirusdan sağaldı

"Zirə"nin futbolçuları koronavirusdan sağaldı
"Zirə" klubunun futbolçuları Riçard Almeyda və Fakundo Melivilo koronavirusdan sağalıblar.
Fanat.Az xəbər verir ki, hər iki oyunçunun növbəti testi neqativ çıxıb.
Onlarla yanaşı Vüsal Əliyev də eyni səbəbdən Premyer Liqanın XXI turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri matçı buraxıb.
Qeyd edək ki, "Zirə" növbəti turda "Keşlə"ni qəbul edəcək. Aprelin 11-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər