“Zirə”nin fəxri prezidenti Rəşad Sadıqovun təyinatından danışdı

“Zirə”nin fəxri prezidenti Rəşad Sadıqovun təyinatından danışdı
"Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam". 
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə”nin fəxri prezidenti Orxan Məmmədov deyib.
Fəxri prezident komandanın yeni baş məşqçisi ilə bağlı fikirlərini bildirib: "Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. "Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram".
Qeyd edək ki, "Zirə" Rəşad Sadıqovla 3 illik müqavilə imzalayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər