"Zirə"nin bombardiri sıraya döndü - SON DURUM

"Zirə"nin bombardiri sıraya döndü - SON DURUM
"Zirə"nin hücumçusu Davit Volkov sıraya dönüb.
Fanat.Az-ın məlumatına görə, "Neftçi" ilə son çempionat oyununda (1:0) çiyni sınan futbolçu uzun fasilədən sonra kollektiv məşqlərə başlayıb.
Hərçənd 8 qolla komandasının ən yaxşı bombardiri olan gürcü forvardın növbəti çempionat natçında komandasına kömək edib-etməyəcəyi bilinmir.
Qeyd edək ki, "Zirə" Premyer Liqa 22-ci turu çərçivəsində autsayder "Keşlə"ni qəbul edəcək. Görüş aprelin 11-də keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər