"Zirə"dən yeni transfer

"Zirə"dən yeni transfer
"Zirə" yeni transferini həyata keçirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi şimali makedoniyalı  futbolçu Georgi Stoilov heyətə cəlb edilib.
25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Georgi Stoilovun son klubu "Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində "Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında 2 oyun keçirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər