"Zirə"dən ayrılan Adrian Skarlatakenin yeni klubu açıqlanıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu Rumıniyanın yüksək liqa təmsilçisi "Hermanştadt"a keçib. Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, rumın futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Skarlatake ölkəmizdə "Xəzər Lənkəran" (2011-2015), "Keşlə" (2016-2018) və "Zirə"də (2018-2020) çıxış edib.
Fanat.Az