"Zirə"dən əzmkar heç-heçə

"Zirə"dən əzmkar heç-heçə

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Zirə" bu gün yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, "qartallar" Polşanın “Qurnik” komandası ilə gücünü sınayıb. "Zirə" iki dəfə hesabda geri düşsə də, hesabı bərabərləşdirərək əzmkar heç-heçə edib.

Qeyd edək ki, Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv Antalyada keçirdiyi ilk yoxlama oyununda Macarıstan təmsilçisi "Peç"ə 3:5 hesabı ilə uduzub.

Yoxlama oyunu  20 yanvar  

Zirə - "Qurnik" (Leçna, Polşa) 2:2 Qollar: Təmkin Xəlilzadə, 49. İlkin Muradov, 60 - Bartoş Spiaçka, 21-pen. Miçal Mak, 50.  

"Zirə"nin start heyəti: Anar Nəzirov, Cəlal Hüseynov, İlkin Muradov, Loris Broqno, Ağabala Ramazanov, Davit Volkov, Təmkin Xəlilzadə, Hacıağa Hacılı, Qismət Ağayev, Dimitrios Çantakias, Coşqun Diniyev.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər