"Zirə"dən ayrılan qapıçı Serbiya klubunda

"Zirə"dən ayrılan qapıçı Serbiya klubunda
"Zirə"dən ayrılan Boyan Zoqoviç karyerasını vətəni Serbiyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı qolkiper "Kolubara” klubuna keçib. Bu komanda Serbiyanın 1-ci divizionunda çıxış edir və mövsümü 5-ci illədə başa vuraraq Super Liqaya çıxa bilməyib.
Qeyd edək ki, Zoqoviç "Zirə"yə 2019-cu ilin yayında Serbiyanın "Baçka" klubundan gəlib. Qolkiper ölkəmizdə keçirdiyi 8 oyunda 13 qol buraxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər