"Zirə"dən 2 transfer - RƏSMİ

"Zirə"dən 2 transfer - RƏSMİ

"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib. "Zirə"dən 2 transfer - RƏSMİ  23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl  ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.

"Zirə"dən 2 transfer - RƏSMİ  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər