"Zirə" toplanışa start verdi

"Zirə" toplanışa start verdi

“Zirə”də istirahət başa çatıb. 

Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv bu gün qış təlim-məşq toplanışına start verib.

Komanda yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. "Qartallar" burada  “İC Green Palace” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. 

“Zirə” yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. "Zirə” yanvarın  25-də Bakıya dönəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər