"Zirə" son yoxlama oyununda bərabərliyə razılaşdı

"Zirə" son yoxlama oyununda bərabərliyə razılaşdı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Şimali Makedoniyanın "Breqalnitsa" komandası ilə üz-üzə gəlib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə rəqib komandadan Vladimir Dujovski açıb. 14-cü dəqiqədə Davit Volkov bərabərliyi təmin edib və matç bu hesabla başa çatıb.

Qeyd edək ki, "Zirə" ilk yoxlama görüşündə Macarıstan "Peç"inə 3:5 hesabı ilə məğlub. İkinci oyununda isə "Qurnik" (Leçna) ilə  2:2 hesablı heç-heçə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər