"Zirə" Rumıniya təmsilçisini məğlub etdi

"Zirə" Rumıniya təmsilçisini məğlub etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb.

Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Rumıniyanın "Çindia" kollektivi ilə qarşılaşıb.

"Qartallar" görüşdən 3:2 hesabı ilə qalib ayrılıb. Komandanın qollarını Coşqun Diniyev (penalti), Toni Qomes və Hamidu Keyta vurublar. Xatırladaq ki, “qartallar” toplanış müddətində daha 2 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər